Bakı polisi kafe-restoranlarda reyd keçirdi

Bakı polisi kafe-restoranlarda reyd keçirdi Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən şəhər və rayonlarda bu gündən kafe-restoranların, ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.
Hadisə
18 Avqust , 2020 14:32
Bakı polisi kafe-restoranlarda reyd keçirdi

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən şəhər və rayonlarda bu gündən kafe-restoranların, ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.

Saat 9.00-dan 22.00-dək icazə verilən fəaliyyət dövrü ərzində həm obyektlər, həm də müştərilər üçün qaydalar müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın müxtəlif rayonlarında bu qaydalara əməl edilməsinə nəzarət məqsədilə tədbirlər keçirib. 

“Report”un əməkdaşları Xətai rayonu ərazisində polis tərəfindən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilməsi ilə bağlı tədbirlərdə iştirak edib. 

Tədbirlər zamanı istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması ilə bağlı sahibkarlar təlimatlandırılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev “Report”a bildirib ki, qaydaların gözlənilməsi zamanı sahibkarlarla təlimatlandırma işləri aparılıb:

“Bütövlükdə aparılan müşahidələr göstərir ki, əksər kafe-restoranlarda sahibkarlar və müştərilər tərəfindən bu qaydalara əməl olunur. Qaydalara əməl etməyənlər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür”, - deyə Elşad Hacıyev bildirib.

Qeyd edək ki, tədbirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və Xətai Rayon İcra Hakimiyyətlərinin əməkdaşları da iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi