Bakı polisi itkin düşmüş kişini tapıb

Bakı polisi itkin düşmüş kişini tapıb Bakıda itkin düşmüş kişi tapılıb.
Hadisə
7 Noyabr , 2019 09:53
Bakı polisi itkin düşmüş kişini tapıb

Bakıda itkin düşmüş kişi tapılıb.

“Report”un xəbərinə görə, itkin düşmə hadisəsi oktyabrın 31-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Salman Nəsibov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində noyabrın 6-da S.Nəsibov tapılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi