Bakı polisi itkin düşən şəxsin meyitinin gizlədilməsi iddiasını təkzib etdi - FOTO

Bakı polisi itkin düşən şəxsin meyitinin gizlədilməsi iddiasını təkzib etdi - FOTO Bakı Şəhər Baş Polis İdarəsi televiziya proqramlarının birində itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirib.
Hadisə
10 fevral 2020 15:49
Bakı polisi itkin düşən şəxsin meyitinin gizlədilməsi iddiasını təkzib etdi - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi televiziya proqramlarının birində itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirib.

İdarədən "Report"a verilən məlumata görə, 2013-cü ildə Bakı şəhəri, Suraxanı rayonunda yol-nəqliyyat hadisəsində ölən Ələmxan Əsədovun bioloji nümunələri Zəkəriyyə Kazımovun övladları və qardaşının bioloji nümunələri ilə müqayisəyə verilib.

Analizlərin nəticəsinə görə, eynilik aşkar edilməyib.

Araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi