BŞBPİ: İqbal Ağazadənin evinin elektrik naqillərini kəsən şəxs Ruhi-Əsəb Xəstəxanasında qeydiyyatdadır

BŞBPİ: İqbal Ağazadənin evinin elektrik naqillərini kəsən şəxs Ruhi-Əsəb Xəstəxanasında qeydiyyatdadır Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) partiya sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.
Hadisə
27 Noyabr , 2019 16:46
BŞBPİ: İqbal Ağazadənin evinin elektrik naqillərini kəsən şəxs Ruhi-Əsəb Xəstəxanasında qeydiyyatdadır

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) partiya sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.

İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin (RPİ) və 37-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektrik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

Noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib. İ.Ağazadə elektrik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Vladislav Pestyakovu özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci PŞ-nə təhvil veriblər.

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V. Pestyakov 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır.

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.

Faktla bağlı Xətai RPİ 37-ci PŞ-də təhqiqat araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi