Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qeydə alınıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elşən Nuriyevdən 476 qram heroin, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mehman Babyevdən 271 qram heroin, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Natiq Xəlilovdan isə 326 qram heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.