Bakı polisi əməliyyat keçirib, külli miqdarda narkotik vasitə götürülüb

Bakı polisi əməliyyat keçirib, külli miqdarda narkotik vasitə götürülüb Bakıda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.
Hadisə
10 Yanvar , 2020 11:57
Bakı polisi əməliyyat keçirib, külli miqdarda narkotik vasitə götürülüb
google.az

Bakıda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Qaradağ, Xətai və Nərimanov rayonları ərazilərində qeydə alınıb.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1998-ci il təvəllüdlü R.Rzabəyli və onun həmyaşıdı V.Abbaslıdan 0,099 qram metamfetamin, 0,08 qram tramadol, 2 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1998-ci il təvəllüdlü F.Haqverdiyevə məxsus “KİA” markalı avtomobilindən 0,985 qram heroin və 0,038 qram metamfetamin aşkar edilərək götürülüb.

Həmçinin Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Dursunovdan 14,482 qram heroin, Xırdalan rayon sakini, 1998-ci il təvəllüdlü V.Qarayevdən 336,17 qram, 243,361 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi