Bakı polisi əməliyyat keçirib, 3 nəfər tutulub

Bakı polisi əməliyyat keçirib, 3 nəfər tutulub Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
16 Yanvar , 2020 11:03
Bakı polisi əməliyyat keçirib, 3 nəfər tutulub

Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi və Xətai rayon ərazilərində qeyd edə alınıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Səfərovdan 3 kq 156 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Məmmədovdan 243 qram heroin aşkar edilərək götürülüb.

Həmçinin, Xətai RPİ-nin 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü N.Nəbizadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,425 qram heroin və 1,320 qram metamfetamin aşkar olunaraq götürülüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi