Bakı polisi DYP-də yoxlamaların aparıldığı barədə məlumatlara münasibət bildirib

Bakı polisi DYP-də yoxlamaların aparıldığı barədə məlumatlara münasibət bildirib Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.
Hadisə
8 yanvar 2020 12:43

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir.

“Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”, - E.Hacıyev əlavə edib.

Qeyd edək ki, mətbuatda BŞBPİ-nin DYP İdarəsində ciddi yoxlamaların aparıldığı barədə məlumat yayılıb. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev

Son xəbərlər

Orphus sistemi