Bakı polisi bir gündə 30 cinayətin üstünü açdı

Bakı polisi bir gündə 30 cinayətin üstünü açdı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
29 Fevral , 2020 09:21
Bakı polisi bir gündə 30 cinayətin üstünü  açdı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də 30 cinayətin üstü açılıb. 

Onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.

Quldurluq 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 6, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb. 

İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi