Bakı polisi bir gündə 28 nəfər saxladı

Bakı polisi bir gündə 28 nəfər saxladı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
203
3 Mart , 2020 10:49
Bakı polisi bir gündə 28 nəfər saxladı
stock.adobe.com

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 26 cinayətin üstü açılıb. 

Onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

Quldurluq üzrə 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 28 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi