Bakı polisi bir gündə 24 cinayətin üstünü açdı

Bakı polisi bir gündə 24 cinayətin üstünü açdı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
4 mart 2020 06:24
Bakı polisi bir gündə 24 cinayətin üstünü açdı
stockphoto

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 24 cinayətin üstü açılıb. 

Onlardan 11-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 2, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 9 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. 

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi