Bakı polisi azyaşlı qızı tapıb

Bakı polisi azyaşlı qızı tapıb Bakıda 13 yaşlı itən qız tapılıb.
Hadisə
13 Yanvar , 2020 12:47
Bakı polisi azyaşlı qızı tapıb

Bakıda 13 yaşlı itən qız tapılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 10-da saat 23.30-da Nəsimi rayonunun Cavadxan küçəsində tənha olan azyaşlı qız ərazidə xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşlarının diqqətini cəlb edib və ona yaxınlaşıblar. 

Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini, 13 yaşlı A.Fikrətli olması müəyyən edilib və o, valideynlərinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi