Bakı Olimpiya Stadionunun yaxınlığında avtomobil yanıb, nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb

Bakı Olimpiya Stadionunun yaxınlığında avtomobil yanıb, nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb Bakı. 13 mart. REPORT.AZ/ Koroğlu metro stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Hadisə
13 Mart , 2018 20:37
Bakı Olimpiya Stadionunun yaxınlığında avtomobil yanıb, nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb

Bakı. 13 mart. REPORT.AZ/ "Koroğlu" metro stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (aeroport istiqamətində) nəqliyyat vasitəsində yanğının baş verməsidir. 

Orphus sistemi