​Bakı-Naxçıvan marşrutu üzrə uçan təyyarə məcburi eniş edib

​Bakı-Naxçıvan marşrutu üzrə uçan təyyarə məcburi eniş edib Avialaynerin hidrosistemlərinin birində təzyiq aşağı düşüb
Hadisə
13 İyun , 2015 22:37
​Bakı-Naxçıvan marşrutu üzrə uçan təyyarə məcburi eniş edib

Bakı. 13 İyun. REPORT.AZ/ Bu gün Bakı-Naxçıvan marşrutu üzrə "AHY-2253" reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb.

Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınacaq.

Son xəbərlər

Orphus sistemi