Bakı-Moskva aviareysinin uçuş vaxtında gecikmə yaranıb

Bakı-Moskva aviareysinin uçuş vaxtında gecikmə yaranıb Təyyarə 17.05-də yola düşməli idi
Hadisə
1 yanvar 2017 13:50
Bakı-Moskva aviareysinin uçuş vaxtında gecikmə yaranıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gün saat 16.05-də Bakıdan Moskvaya (Rusiya) uçmalı olan "SU 1855" saylı reysdə gecikmə yaranıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, reysin nə zaman uçacağı hələ ki, məlum deyil.

Reys Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "Boeing 737-800" tipli təyyarə ilə yerinə yetirilməli və 19.25 radələrində Rusiya paytaxtındakı Şeremetyevo Beynəlxalq Hava Limanında eniş etməli idi.

Son xəbərlər

Orphus sistemi