Bakı metrosunun eskalatorunda insident baş verib

Bakı metrosunun eskalatorunda insident baş verib Bir nəfər xəsarət alıb
Hadisə
23 Fevral , 2017 10:43
Bakı metrosunun eskalatorunda insident baş verib

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı metorsunda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

"Report"un məlumatına görə, hadisə ötən gün saat 15:00 radələrində metronun “Elmlər Akademiyası” metrosunun eskalatorunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü, Göygöl rayon sakini İsmayılov Tural Qaçay oğlu şəxsiyyəti məlum olmayan şəxsin hücumuna məruz qalıb. Nəticədə həmin şəxs T.İsmayılovu vuraraq ona xəsarət yetirib və gödəkcəsi cırılıb. Xəsarət yetirən şəxs isə hadisə yerindən qaçıb.

Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsində naməlum şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi