Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Hadisə
2 Noyabr , 2017 08:53
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
REPORT

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, saat 8:04-də "Həzi Aslanov" Stansiyasında 15 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb: "Bu səbəbdən də həmin qatar xətdən çıxarılıb. Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub". 

Son xəbərlər

Orphus sistemi