Bakı metrosunda qadının telefonu oğurlanıb

Bakı metrosunda qadının telefonu oğurlanıb Metroda telefon oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb
Hadisə
2 Avqust , 2023 10:37
Bakı metrosunda qadının telefonu oğurlanıb

Bakı metrosunda qadının telefonunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “20 Yanvar” stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Elvin Yumuxov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi