Bakı metrosunda qadının pul kisəsi oğurlanıb

Bakı metrosunda qadının pul kisəsi oğurlanıb Oğurlamaqda şübhəli bilinən şəxs əvvəllər məhkum olunub
Hadisə
20 Fevral , 2017 11:48
Bakı metrosunda qadının pul kisəsi oğurlanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Bakı Metropolitenində qadının pul kisəsi oğurlanıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 19-da Bakı şəhər sakini Şölə Yusifovanın çantasından 4 türk lirəsi, 116 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Yadigar Rüstəmov tutulub.

Son xəbərlər

Orphus sistemi