Bakı metrosunda qadın qızını vaqonda unudub

Bakı metrosunda qadın qızını vaqonda unudub “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında qatardan düşən qadın 11 yaşlı qızını vaqonda unudub.
Hadisə
12 İyul , 2019 19:57
Bakı metrosunda qadın qızını vaqonda unudub

Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında qatardan düşən qadın 11 yaşlı qızını vaqonda unudub.

“Report” xəbər verir ki, hadisə bu gün saat 18:40 radələrində baş verib.

Belə ki, özünü uşağın anası və xalası kimi təqdim edən iki qadın stansiya növbətçisinə yaxınlaşaraq övladlarını "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarda unutduqlarını bildiribər. Növbətçi isə aidiyyəti üzrə dispetçeri məlumatlandırıb.

Bir qədər sonra isə növbətçiyə yaxınlaşan valideyn deyib ki, uşaqla bağlı narahatlığa ehtiyac yoxdur və övladı qatarda digər xalası ilə qalıb. Hadisənin təfərrüatı ilə bağlı danışan ana bildirib ki, qatar stansiyaya yaxınlaşan zaman onun mobil telefonuna zəng gəlib. Başı telefonla danışmağa qarışan qadın uşağın vaqonda qaldığından xəbər tutmayıb.

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, qadının vaqonda qalmış uşağı xalası ilə növbəti stansiyada - “Gənclik”də düşüb: "Bir qədər sonra onlar görüşüblər. Uşaq xalasının yanında olduğu üçün hadisə itmə kimi qeydiyyata alınmayıb".

Son xəbərlər

Orphus sistemi