Bakı metrosunda qadın özünü qatarın altına atıb - YENİLƏNİB

Bakı metrosunda qadın özünü qatarın altına atıb - YENİLƏNİB İlk xəbər saat 09:53-də verilib
Hadisə
31 May , 2019 10:25

İlk xəbər saat 09:53-də verilib

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsi baş verib. 

"Report"un əldə etdiyi məlumata görə, bir qadın özünü qatarın altına atıb. 

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 

Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. Onun sözlərinə görə, həmin şəxs 54 yaşlı Aciyə Əmirovadır və məqsədi elə intihar etmək olub. 

"Hadisə qatarların hərəkətində 10 dəqiqəlik dayanmaya səbəb olub və bu vəziyyət saat 09:45-ə qədər davam edib. Hazırda metroda heç bir problem yoxdur və qatarlar normal hərəkət edir", - metro rəsmisi deyib.

Son xəbərlər

Orphus sistemi