Bakı metrosunda cibgirlik edən şəxslər tutulub

Bakı metrosunda cibgirlik edən şəxslər tutulub Bakı metrosunda cibgirlik edən şəxs tutulub.
Hadisə
14 dekabr 2022 13:31
Bakı metrosunda cibgirlik edən şəxslər tutulub

Bakı metrosunda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən Samil Kərimov və Adil Paşayev saxlanılıb.

"Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur. Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi