Bakı metrosunda cibgir saxlanılıb

Bakı metrosunda cibgir saxlanılıb Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.
Hadisə
16 Dekabr , 2021 11:11
Bakı metrosunda cibgir saxlanılıb

Bakı metrosunda cibgir saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də metronun “Elmlər Akademiyası” stansiyasında qatarda Bakı şəhər sakini G.İsrafilovanın cibindən mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi