Bakı metrosunda 85 yaşlı qadın qatar relsinin üzərinə yıxılıb - ƏLAVƏ OLUNUB

Bakı metrosunda 85 yaşlı qadın qatar relsinin üzərinə yıxılıb - ƏLAVƏ OLUNUB Bakı. 16 mart. REPORT.AZ/ Bakı metrosunda 85 yaşlı sərnişin ehtiyatsızlıqdan qatar relsinin üzərinə yıxılıb.
Hadisə
16 Mart , 2018 13:03
Bakı metrosunda 85 yaşlı qadın qatar relsinin üzərinə yıxılıb - ƏLAVƏ OLUNUB

Bakı. 16 mart. REPORT.AZ/ Bakı metrosunda 85 yaşlı sərnişin ehtiyatsızlıqdan qatar relsinin üzərinə yıxılıb.

Bu barədə "Report"a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, relslərin üzərinə yıxılan sərnişin 85 yaşlı Sürayyə Söhbət qızı Məmmədova olub: “Belə ki, həmin sərnişin “İçərişəhər” stansiyasında qatar dayananda birinci vaqonun ilk qapısından düşərkən yanlışlıqla sola dönüb stansiyadan çıxmaq əvəzinə, sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız dərhal xətdəki gərginliyi söndürərək yaşlı qadını stansiya yolundan çıxarıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, hər ehtimala qarşı təcili tibbi yardım çağırılıb. Məlumatları da həmin sərnişinin özü danışıb”.

N.Paşayev qeyd edib ki, hadisə zamanı xətdə, ümumilikdə, 3 dəqiqə gecikmə yaranıb.

***

Bakı metrosunda sərnişin qatar relsinin üzərinə yıxılıb.

Bu barədə "Report"a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. 

Onun sözlərinə görə, bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üzərinə) yıxılıb: "Hadisə xətdə qatar olmayan vaxt baş verib. Hazırda gərginliyi dayandırıb həmin sərnişini çıxartmağa çalışırıq. Təbii ki, bu da xətdə müəyyən gecikməyə səbəb olacaq. Xahiş olunur, sərnişinlər bunu nəzərə alsınlar".

Son xəbərlər

Orphus sistemi