Bakı metropoliteninin işçisi yük maşınını aşırdaraq ağır xəsarət alıb

Bakı metropoliteninin işçisi yük maşınını aşırdaraq ağır xəsarət alıb Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
14 Oktyabr , 2017 03:26
Bakı metropoliteninin işçisi yük maşınını aşırdaraq ağır xəsarət alıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında beton qarışdıran yük avtomobilini idarə edən 54 yaşlı Bayramov İlqar Sadiq oğlu onu aşırıb.

Nəticədə İ.Bayramov ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib. "Koroğlu" stansiyasının ətrafında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyərək sıxlığı aradan qaldıra bilib.

İ.Bayramov Bakı metropoliteninin əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi