"Bakı Metropoliteni"QSC: “Ulduz - Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

"Bakı Metropoliteni"QSC: “Ulduz - Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB Noyabrın 24-də saat 05:41 dəqiqədə Həzi Aslanov - Dərnəgül xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti Qara Qarayev stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.
Hadisə
24 Noyabr , 2019 10:16
Bakı MetropoliteniQSC: “Ulduz - Həzi Aslanov sahəsində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

Noyabrın 24-də saat 05:41 dəqiqədə "Həzi Aslanov - Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

"Bakı Metropoliteni" QSC-dən "Report"a verilən məlumata görə, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər. Belə ki, həmin vaxt "Ulduz - Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Qeyd olunub ki, metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə "Nəriman Nərimanov - İçərişəhər", "Nəriman Nərimanov - Dərnəgül" sahəsində hər iki istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib, bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı - Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

""Ulduz- Həzi Aslanov" sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub. Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. "Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir".


***07:47

Bakı Metropoliteni” QSC səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb. 

"Report" Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə aparılır.

"Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə QSC-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi