Bakı küçələrində daha bir “balkon” problemi - FOTO

Bakı küçələrində daha bir “balkon” problemi - FOTO RİH: “Eyvanlarda olan çatışmazlıqlar aradan qaldırılacaq”
Hadisə
30 Oktyabr , 2017 16:05
Bakı küçələrində daha bir “balkon” problemi - FOTO
Report/ Orkhan Azim

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda binanın eyvanları (“balkon”lar) qəzalı vəziyyətdədir.

“Report” xəbər verir ki, rayonun İzzət Orucova küçəsi 22-də binanın eyvanları piyadalar üçün təhlükə yaradır.

Belə ki, eyvanların altına vurulan dəmir və taxtalar istifadə müddəti keçdiyi üçün qəzalı vəziyyətə düşüb. Yəni eyvanların altına vurulmuş taxta və dəmirlər hər an piyadaların üstünə düşərək onlara xəsarət yetirə bilər.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a açıqlamasında bildirib ki, qeyd olunan əraziyə baxış keçiriləcək və müvafiq tədbirlər görüləcək: “Eyvanlarda olan çatışmazlıqlar aradan qaldırılacaq”.

Son xəbərlər

Orphus sistemi