Bakı kafelərindən birində qadın müştərilər arasında dava olub, yaralanan var

Bakı kafelərindən birində qadın müştərilər arasında dava olub, yaralanan var Əlbəyaxa dava kişi ilə tanış olmaq üstündə düşüb
Hadisə
211
23 Oktyabr , 2017 07:32
Bakı kafelərindən birində qadın müştərilər arasında dava olub, yaralanan var

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.

"Report" xəbər verir ki, hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib.

Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi