Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub - VİDEO

Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub - VİDEO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
29 İyun , 2017 15:47
Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub - VİDEO
Report.az

Yevlax. 29 iyun. REPORT.AZ/ Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi