​Bakıda və İmişlidə yaşayış evləri yanıb

​Bakıda və İmişlidə yaşayış evləri yanıb Xəsarət alan olmayıb
Hadisə
13 Yanvar , 2015 07:52
​Bakıda və İmişlidə yaşayış evləri yanıb
Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda və İmişlidə yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın haqqında məlumat Bakıdan daxil olub.

Şəhərin Xəzər rayonu ərazisində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin zirzəmisinə yığılmış qarışıq mallar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər hadisə İmişlidə qeydə alınıb. Şəhərdə vətəndaşa məxsus kürsülü birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi