Bakı-Ələt yolunda qəza baş verib, 1 nəfər yaralanıb - VİDEO

Bakı-Ələt yolunda qəza baş verib, 1 nəfər yaralanıb - VİDEO Avtomobil yoldan çıxaraq kənara aşıb
Hadisə
2 May , 2016 21:53
Bakı-Ələt yolunda qəza baş verib, 1 nəfər yaralanıb - VİDEO

Bakı. 2 May. REPORT.AZ/ Bu gün axşam saat 20:00 radələrində Bakı-Ələt yolunda qəza baş verib.

"Report" xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan "90-SN-609" dövlət qeydiyyat nişanlı "Hundai Tucson" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına çıxıb və aşıb.

Qəza nəticəsində sürücü yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobildə öz ailə üzvləri ilə olub.

Hadisənin havanın yağışlı olması səbəbindən baş verdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi