BDU-nun yataqxanasında yanğın olub

BDU-nun yataqxanasında yanğın olub 9 mərtəbəli yataqxana binasının 6-cı mərtəbəsində yanğın olub
Hadisə
21 Noyabr , 2015 19:48
BDU-nun yataqxanasında yanğın olub

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasının 6-cı mərtəbəsində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində dəhlizə yığılımış taxta materialları 45 kv.m sahədə, dəhlizin və diqər 2 otağın giriş qapısı yanıb. Otaqlar və binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi