Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB-2

Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB-2 Şirvan. 13 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb.
Hadisə
13 Fevral , 2019 09:58
Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB-2

Şirvan. 13 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini Amil Adıgözəlov saxlanılıb. 



*** 00:41

Şirvan. 13 fevral. REPORT.AZ/ Şirvan şəhərində bıçaqlnaraq qətlə yetirilən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev Bakı Dövlət Universitetinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır. 


***22:06

Şirvan. 12 fevral. REPORT.AZ/ Şirvan rayonunda qətl hadisəsi törədilib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Bekə ki, hadisə zamanı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümükün olmayıb. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib. 

Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

Son xəbərlər

Orphus sistemi