Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olub

Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olub Qazax. 24 noyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında yanğın hadisəsi baş verib.
Hadisə
24 Noyabr , 2017 14:40
Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olub
Report

Qazax. 24 noyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında yanğın hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, ali təhsil müəssisəsinin yeməkxanasında qeydə alına hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. 

İlkin məlumatlara görə, yanğına "piroşki" bişirən aparatda yaranmış qısaqapanma səbəb olub. Yanğın nəticəsində aparat və mətbəxtin 3 kvadratmetr tavan sahəsi yanıb.

Yanğın baş verən zaman yeməkxanada işçilər və tələbələr olub, ancaq hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

Yanğın söndürülüb. 

Son xəbərlər

Orphus sistemi