Yuxarı

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat yalan çıxıb - YENİLƏNİB-2

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat yalan çıxıb - YENİLƏNİB-2
© Report/ Orkhan Azim

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

Bu barədə “Report”un əməkdaşı xəbər verir.

Belə ki, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub.

 Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub.

Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.


*** 14:10

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə daxil olan məlumatla əlaqədar qatarlara bilet satışı dayandırılıb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, vağzaldan bütün qatar reysləri təxirə salınıb. 

Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib. 

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə günorta saat 12 radələrində daxil olub. 


*** 13:39

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub.

"Report"un əməkdaşı xəbər verir ki, bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir.

Axtarışlara təlim görmüş itlər də cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi