Bakı. 1 avqust. REPORT.AZ/ Bakı dəmir yolu stansiyasının ərazisində oğurluq olub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, iyulun 31-də saat 04:00-da Bakı dəmir yolu stansiyasının ərazisində Mingəçevir şəhər sakini Asif Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağaməli Əliyev Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.