Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub - YENİLƏNİB Sürücü saxlanılıb
Hadisə
27 Fevral , 2018 22:36
Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub.

“Report” xəbər verir ki, bu, 1974-cü il təvəllüdlü Əliyeva Rənuziyə Xıdır qızıdır.

Hadisəni minik avtomobili törədib. Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


***21:21

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Dairəvi-1 avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, təxminən 40-45 yaşlı qadın yolun Yasamal rayonu ərazisinə düşən hissəsində naməlum markalı avtomobil tərəfindən vurulub.

Yaralı hadisə yerində keçinib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi