Bakı çimərliyində qadın bıçaqlanıb

Bakı çimərliyində qadın bıçaqlanıb Hadisə Suraxanı rayonunda qeydə alınıb
Hadisə
8 Avqust , 2017 08:00
Bakı çimərliyində qadın bıçaqlanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda çimərlikdə orta yaşlı qadın bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində çimərlik ərazisində 36 yaşlı Gülnarə Vanyagina naməlum şəraitdə sol bud nahiyəsinə bıçaqla xəsarətlər yetirilib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyat ediblər. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisə ilə bağlı Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə məlumat verilib.

Polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi