Bakı. 7 yanvar. REPORT.AZ/ Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.