Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.
“Report”un xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda baş verib.
Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Günay Əlizadə özünü dənizə ataraq intihara cəhd edib. O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.