Yuxarı

​Bakıda minik avtomobili yanıb

Hadisə Binəqədi rayonunda baş verib

Bakı. 7 may. REPORT.AZ/ Gecə saatlarında paytaxt Bakıda minik avtomobili yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Binəqədi rayonu ərazisində baş verib.

Nəticədə vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərriki və salonu yanıb. Yanğın saat 01:29-da söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi