Bakı Beynəlxalq Avtovağzalının girişində yol qəzası baş verib

Bakı Beynəlxalq Avtovağzalının girişində yol qəzası baş verib Sərnişin avtobusu onu ötmək istəyən yük maşınına çırpılıb
Hadisə
2 Sentyabr , 2016 19:47
Bakı Beynəlxalq Avtovağzalının girişində yol qəzası baş verib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalının girişində avtoqəza baş verib.

"Report" xəbər verir ki, qəza dönmə hərəkətinin düzgün yerinə yetirilməməsi nəticəsində qeydə alınıb.

Məlumata görə, 91 saylı marşrutla hərəkət edən 90 FE 434 dövlət nömrə nişanlı avtobus onu ötmək istəyən yük maşınına çırpılıb. Sürücü və sərnişinlər xəsarət almasa da, avtobusun sol arxa çarxı birləşdirən ox sınıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları hələlik gəlməsə də, hadisənin iştirakçısı - yük maşınının sürücüsü qəza yerini tərk edib.

Son xəbərlər

Orphus sistemi