Bakı Beynəlxalq Avtovağzalında oğurluq olub

Bakı Beynəlxalq Avtovağzalında oğurluq olub Oğurluqda şübhəli bilinən şəxs tutulub
Hadisə
4 Noyabr , 2015 11:00
Bakı Beynəlxalq Avtovağzalında oğurluq olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalında oğurluq olub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Avtovağzalda yerləşən Bakı şəhər sakini, Tural Mütəllimova məxsus mağazadan açıq qapıdan keçməklə 4 ədəd gödəkçə oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Murad Qubatov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi