Bakı-Astara yolunda avtomobil qəzası olub, xəsarət alanlar var

Bakı-Astara yolunda avtomobil qəzası olub, xəsarət alanlar var Bakı-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
134
20 Yanvar , 2020 00:43
Bakı-Astara yolunda avtomobil qəzası olub, xəsarət alanlar var

Bakı-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə yolun 60-cı kilometrliyində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – 1961-ci il təvəllüdlü Zeynalov Samir Mütəllim oğlu və 1981-ci il təvəllüdlü Qurbanov Turan Mirəyyar oğlu xəsarət alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hər iki yaralıya baş, gicgah və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi