​Bakı-Astara yolunda ağır yol qəzası baş verib: 3 nəfər ölüb

​Bakı-Astara yolunda ağır yol qəzası baş verib: 3 nəfər ölüb Hadisə “Qazel” və “Mercedes” markalı maşınların toqquşması nəticəsində baş verib
Hadisə
24 Fevral , 2015 04:00
​Bakı-Astara yolunda ağır yol qəzası baş verib: 3 nəfər ölüb

Bakı. 24 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakı-Astara yolunun 123-cü km-da, Biləsuvar rayonu ərazisində “Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilində olan 3 nəfər sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi