Bakı-Astara yolunda 2 maşın toqquşub, xəsarət alanlar var

Bakı-Astara yolunda 2 maşın toqquşub, xəsarət alanlar var Bakı-Astara yolunun Qaradağ rayonu ərazisində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
30 İyul , 2019 00:14
Bakı-Astara yolunda 2 maşın toqquşub, xəsarət alanlar var

Bakı-Astara yolunun Qaradağ rayonu ərazisində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. 

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Misirov Ruslan Bəhmən oğlu, 1983-cü il Balakişiyev Sehran Yusif oğlu və 1996-cı il təvəllüdlü Məmmədova Günel Müşfiq qızı xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Misirov Ruslana qarnın küt travması, Balakişiyev Sehrana döş qəfəsinin küt travması, Məmmədova Günelə isə kəllə-beyin travması diaqnozu qoyulub. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi