Yuxarı

Bakıda arvadının boğazını kəsən şəxsin məhkəməsi başlayıb

Bakı arvadının boğazını kəsən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Tufan Qurbanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib, baxış iclası iyulun 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda baş verib. 

İttihama görə, 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib. Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, onların birgə nikahdan 3 övladı var.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi