Yuxarı

Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin etməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb

Bakı. 28 may. REPORT.AZ/ Qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə və saxlamaqda təqsirləndirilən Maya Elçin qızı Yaqubova barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb.

Qeyd edək ki, M.Yaqubova qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə və saxlamaqda şübhəli bilinərək tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

2015-ci il martın 17-də Yasamal Rayon Məhkəməsi M.Yaqubova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi