Bakı Ali Neft Məktəbində 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib Bakı. 30 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Hadisə
30 Mart , 2018 18:14
Bakı Ali Neft Məktəbində 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib
BANM

Bakı. 30 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, "dəyirmi masa" ətrafında müzakirə formatında keçirilən tədbirdə BANM-in rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri Ali Məktəbin Tədris və elmi işlər üzrə prorektoru Ramiz Hümbətov açaraq 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrini hər il anmaqla bu terroru dünyaya çatdırmağın vacib olduğunu bildirib. Prorektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib.

Tədbirdə Ali Məktəbin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tədbir iştirakçılarına soyqırımı haqqında qısa giriş verərək Ermənistan ordusunun dinc Azərbaycan əhalisinə qarşı törətdiyi dəhşətlı soyqırımından 100 il ötdüyünü bildirib və daha sonra hadisələri daha təfərrüatlı danışmaq üçün sözü Ali Məktəbin tələbələrinə verib.

BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Qurban Həsənov hazırladığı “Mart soyqırımının başvermə səbəbləri və nəticələri” adlı təqdimatda 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınları bütün faktları ilə auditoriyaya çatdırıb. O qeyd edib ki, daşnak-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüblər. Ümumilikdə isə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox önəmli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.

BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rufət Abdullayev isə “Mart soyqırımı və tarixi həqiqətlər” adlı təqdimatında erməni bolşeviklərinin soyqırımı siyasəti nəticəsində erməni silahlı dəstələrinin təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlının xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirildiyini bildirib.

Sonda soyqırımı hadisələrinin real görüntülərdə əks olunduğu videoçarx nümayiş etdirilib.  

Son xəbərlər

Orphus sistemi