Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiyada həbs edilən azərbaycanlını azadlığa buraxıb

Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiyada həbs edilən azərbaycanlını azadlığa buraxıb Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada bir neçə cinayət törətməkdə təqsirləndirilən Qniyaz Quliyevin cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə iclası keçirilib.
Hadisə
10 Noyabr , 2017 12:17
Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiyada həbs edilən azərbaycanlını azadlığa buraxıb
Report

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada bir neçə cinayət törətməkdə təqsirləndirilən Qniyaz Quliyevin cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Quliyevin cəzası Azərbaycan qanunvericiliynə uyğunlaşdırılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Q.Quliyev Rusiyada oğurluq və bir neçə cinayət törətməkdə təqsirli bilinərək, 2006-cı ildə həbs edilib. Daha sonra məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub. Bu il isə Q.Quliyev Rusiyadan Azərbaycana ekstadisiya edilib. Onun cəzasının müddətinin başa çatmasına 1 il qalmışdı.

Son xəbərlər

Orphus sistemi